Klima hava kanallarının təmizlənməsi və sterilləşdirilməsi
­

BUXARLI AVTO TƏMİZLİK

Klima hava kanallarının təmizlənməsi və sterilləşdirilməsi


Bakı küləklər şəhəridir. Paytaхt şəhərdə demək olar ki, hər gün külək əsir. Belə bir şəhərdə gərək bütün küçələr, səkilər o qədər təmiz olsun ki, külək nəticəsində ətrafa toz-torpaq yayılmasın. Bugün ki gündə isə paytaxtda sürətlə aparılan yenidən qurma və abadlaşdırma işlərinin nəticəsi olaraq toz-duman həyatımızdan əksik deyil. Mütəхəssislərin sözlərinə görə, toz-torpaqlı havanı udmaq insanda yalnız adi nəfəs yolları хəstəlikləri deyil, çoх ciddi fəsadlara də yol aça bilər. Məsələn, zəhərli, toksik tozların da qarışdığı havanın təsiri nəticəsində insanda хərçəng хəstəliyinin yaranması belə mümkündür. Bundan başqa toz təsiri nəticəsində müхtəlif dəri problemləri də yarana bilər. Psiхoloqlar isə tozlu bir havanın insanın psiхologiyasına mənfi təsir etdiyini deyir.

İdarə etdiyimiz avtomobillərin də klima hava kanallarına toz-torpaqların yığılması üçün əlverişli şərait tozlu-torpaqlı Bakımızda daha tez yaranır. Bir sözlə nəinki avtomobilimizin üzəri və salonu tez çirklənir, eləcə də bizim və uşaqlarımızın həyat sağlamlığımıza mənfi təsir göstərə biləcək avtomobilin klima hava kanalları toz və bakteriyaların yığılma mənbəyinə çevrilir. İsti və Soyuq havalarda klima hava sistemini işə saldıqda isə avtomatik olaraq tənəffüs orqanlarımıza daxil olur.

METAS BUXARLI AVTOYUMA VƏ TƏMİZLİK SİSTEMLƏRİ tətbiq etdiyi unikal təmizləmə prosesi nəticəsində Sizin avtomobilinizin havalandırma kanallarını tər-təmiz edir və mikrob / bakteriyalara qarşı sterilləşdirir. Bu proses zamanı təzyiqlə, yüksək tempraturlu quru buxar, peşəkar ustalarımız tərəfindən klima hava kanallarına daxil edilərək həmin kanalları təmizləyir və sterilləşdirir. Tətbiq edilən prosesin üstünlükləri:

  • Klima hava kanallarının içərisi tam olaraq tozdan və digər havada ola bilən kiçik hissəciklərdən təmizlənir. İstər hava kondisonerini istərsə də istiliyi qoşanda ilk əvvəl üzərinə gələn tozu tamamilə yox edir.
  • ​Klima hava kanallarını quru buxarla sterilləşdirir ki, bu kanallarda mövcud ola biləcək bakteriyaları yox edir.
  • Xüsusi ətir tətbiq etməklə hava kanallarından bizə gələn Qoxunu yox edir.
  • Bu proses zamanı avtomobilin salon filterinin çıxarılıb dəyişdirilməsi işi pulsuz həyata keçirilir.
  • ​Bu proses zamanı avtomobilin salon filterlərinin dəyişdirilməsinə ehtiyac duyularsa zaman itirməyə gərək yoxdur, hər növ keyfiyyətli salon hava filterləri münasib qiymətlərlə bizdə mövcuddur.

Ən əsası bütün bu proses CƏMİ - 15 AZN

«Metas» MMC

«Metas» həftənin 7 günü 24 saat sizin zənglərinizi və suallarınızı cavablandırmaqdan qürur hissi duyur. Hər gün 900-dan 2000-dək
» Bakı, Z.Xəlilov 35A;
» Bakı, A.Abbasov 30
ünvanlarında avtomobilinizə xidmət göstəririk!

+994 50 880 39 99