Bu gün mövcud olan avtoyuma məntəqələrində təklif edilən avtomobilinizin salonunun kimyəvi təmizlənməsi xidmətindən məlumatlısınız yəqinki: Yuyucu maddə salona hopdurulur, fırça (şotka) vasitəsi ilə salonun çirkli hissələri fırçalanır... və sonda əski ilə silinib müştəriyə təhvil verilir. Düzdür, bu xidmətdən istifadə edildikdən sonra avtomobilin salonu ilk baxışdan əvvəlkinə nisbətən təmiz görünür, lakin bəzi çatışmamazlıqları var. Belə ki, bir müddət keçdikdən sonra salonun dərinliklərinə hopmuş çirk yenə xoşagəlməz ləkələr yarada bilər, avtomobilinizin tavanı tiftiklənə və sallanma halları ola bilər, bəzi ləkələr tam getməyə bilər və s.
METAS Buxarlı təmizlik sistemlərinin sizə təklif etdiyi unikal quru buxar tətbiq etməklə kimyəvi təmizlik xidməti Sizin avtomobilinizin təkcə təmiz görünməsini təmin etmir, həm də dərinliklərdə illərlə hopmuş çirk və ləkələri çıxararaq tər-təmiz olmasını və salona hopmuş iyin yox olmasını təmin edir. Kimyəvi təmizləmə prosesimiz ilk növbədə xüsusi dərmanla salona tətbiq edildikdən sonra yüksək temperaturlu quru buxarla avtomobilin salonun hər bir hissəsi təmizlənir, xüsusi vakum aparatı ilə boşalmış çirklər salondan sovrulub çıxarılır. Avtomobilinizin salonu dərindən tər-təmiz və gigiyenik təmiz olur. Sonda isə xüsusi quruducu avadanlıqla salon qurudularaq Sizlərin xidmətinizə verilir. Tətbiq edilən buxarla kimyəvi təmizləmənin üstünlükləri:
«Metas» həftənin 7 günü 24 saat sizin zənglərinizi və suallarınızı cavablandırmaqdan qürur hissi duyur. Hər gün 900-dan 2000-dək
» Bakı, Z.Xəlilov 35A;
» Bakı, A.Abbasov 30
ünvanlarında avtomobilinizə xidmət göstəririk!
+994 50 880 39 99